|
Qadınlara qarşı 5176 cinayət baş verib

2020-ci ildə ölkə üzrə qadınlara qarşı 5176, o cümlədən zorakılıqla müşayiət olunan 2067 cinayət qeydə alınıb. 

Cia.az xəbər verir ki, bu barədə Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatında qeyd edilib. 

 Məlumatda qeyd edilib ki, həmin cinayətləri törətmiş 2414 şəxs məhkəmə məsuliyyətinə cəlb olunub. Cinayətlərin 973-ü qısqanclıq, ailə münaqişəsi və s. zəmində baş verib. 

Həmçinin 2020-ci il ərzində gender əsaslı zorakılıqla bağlı 103 şəxs barəsində prokurorluq orqanları müvafiq qərar qəbul edib. Ümumilikdə 394 şəxs barəsində araşdırma aparılıb, onlardan 291-i haqda daxili işlər orqanları tərəfindən müvafiq qərarlar qəbul edilib.