|
Putin Pekin Qış Olimpiadasına qatılacaq

Rusiya Prezidenti Vladimir Putin 2022-ci ildəki ilk xarici səfərini Çinə edəcək.

 Cia.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Putin Pekin Qış Olimpiadasına qatılacaq.

Peskov onu da əlavə edib ki, Putinin 2022-ci il xarici səfər proqramında tək dayanacaq Pekindir.