|
“Azərbaycanla dostluq və qardaşlıq əbədi olacaq” - İran səfirliyi

“Bu gün Azərbaycan Respublikasının İran İslam Respublikası tərəfindən tanınmasından 30 il ötür”.

Cia.az-in xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfirliyi tviter səhifəsində paylaşım edib.

“Bu hadisə iki dost, qardaş və qohum xalqın tarixində yeni səhifə oldu. Bu dostluq və qardaşlıq əbədi olacaq”, - tvitdə bildirilib.