|
Ermənistanda koronavirusdan ölənlərin sayı 7 942 nəfərə çatıb

Ermənistanda yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 344 379 nəfərə çatıb.

Cia.az-ın  “Sputnik Armenia” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 118 nəfər COVID-19-a yoluxub, 3 nəfər ölüb.

Bununla da, Ermənistanda koronavirusdan ölənlərin sayı 7 942 nəfərə çatıb.