|
18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

2020-ci ildə 165 nəfər 18 yaşadək qızın nikahı icra hakimiyyətləri tərəfindən qeydə alınıb.

Cia.az-ın məlumatına görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” məlumatda əksini tapıb.

 Məlumatda qeyd edilib ki, 2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər təşkil edib. 2019-cu ildə bu rəqəm 2320 nəfər olub.