|
Amerikalı generalın sökülən abidəsində 19-cu əsrə aid məktub tapılıb

 

 

Amerikalı tədqiqatçılar general Linin heykəlinin postamentində 19-cu əsrə aid zaman kapsulunu tapıblar.

 

Məlumata görə, Virciniya ştatının Riçmond şəhərində abidə sökülən zaman postamentdə kiçik qurğuşun qutu tapılıb. Onun içində məktub, üç kitab və 19-cu əsrə aid gümüş sikkə olan zərf olub.

130 illik kitabın məzmunu hələ məlum deyil - onlar nəmdir və onları bərpa etmək lazımdır.

 

Mənbə: AP