|
Acun öz rekordunu yenilədi

Tanınmış türkiyəli aparıcı, TV8 telekanalının sahibi Acun Ilıcalı məşhur “Variety” nəşrinin “Dünyanın ən nüfuzlu 500 insanı” siyahısında yer alıb.

 

Cia.az xəbər verir ki, artıq dördüncü dəfə sözügedən siyahıya düşən Ilıcalı öz rekordunu yeniləyib.

Siyahıda, həmçinin “Amazon”un sahibi Ceff Bezos, “Facebook” və “Instagram” sosial şəbəkələrinin sahibi Mark Tsukerberq və “Apple”ın CEO-su Tim Kuk yer alıb.