Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi sona çatıb.
Cia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə R.Quliyev son sözlə çıxış edərək özünü təqsirli bilmədiyini deyib.
Məhkəmənin hökmü ilə Rasim Quliyev 3 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, R.Quliyev 2010-2018-ci illərdə BŞİH-də Aparat rəhbəri olub. O, bu ilin aprelində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. R.Quliyev Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunsuz tikinti aparılmasına icazə vermə) maddələri ilə ittiham olunub.
R.Quliyev keçmiş icra başçısı Hacıbala Abutalıbovun yaxın kadrlarından biri hesab edilirdi.
