|
“TURKOVAC” vakisinin kütləvi istehsalına başlanılıb

Türkiyədə COVID-19-a qarşı hazırlanmış inaktiv “TURKOVAC” peyvəndin kütləvi istehsalına başlanılıb.

Cia.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Qurumları Təşkilatı (TÜSEB) məlumat yayıb.

Bildirilib ki, bu, TÜSEB-in dəstəyilə hazırlanan “TURKOVAC”-ın ilk kütləvi istehsalı olacaq.

Qeyd edək ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan dünən çıxışı zamanı “TURKOVAC” peyvəndinin Şanlıurfada və İstanbulda yerləşən mərkəzlərdə kütləvi istehsal ediləcəyini açıqlamışdı.