|
Paşinyan yenə canlı yayımda sualları cavablandıracaq

Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən mətbuat konfransı keçirəcək.

Cia.az “Hraparak”a istinadən xəbər verir ki, konfrans dekabrın 24-ü saat 20:00-da Paşinyanın feysbuk hesabında baş tutacaq.

O, canlı yayımda 2 saat ərzində media və ictimai təşkilatların nümayəndələrinin suallarını cavablandıracaq.

Qeyd edək ki, N. Paşinyan sonuncu dəfə noyabrın 23-ü canlı yayımda sualları cavablandırıb.