|
Gürcüstanda inşaat çökdü, ölən və yaralananlar var

Gürcüstanın qərbində inşaat konstruksiyası çöküb.

Cia.az“Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər işçi ölüb, daha bir neçə nəfər isə yaralanıb.

İnşaat işləri Gürcüstanın Avtomobil Yolları Departamenti tərəfindən icra olunub.

Ölkənin Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi başladıb. Hadisənin detalları araşdırılır.