|
Ceyhun Bayramov İrana gedəcək

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov yaxın vaxtlarda Tehrana səfər edəcək.

Cia.az "Təsnim"ə istinadla xəbər verir ki, bu barədə İran XİN rəhbəri Hüseyn Əmir-Abdullahianın Bakıda keçirdiyi danışıqlar çərçivəsində razılıq əldə olunub.

Dəvət Əmir-Abdullahian tərəfindən verilib. Bundan başqa, xarici işlər naziri müavinləri iəlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi üçün görüşəcək.