Prezident İlham Əliyev bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Cia.az xəbər verir ki, dövlət başçısı Aşqabadda İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşünü xatırladıb, bu görüş zamanı gələcək əməkdaşlıqla bağlı bir çox məsələlərin müzakirə edildiyini və Azərbaycan-İran dostluq əlaqələrinin bir daha təsdiqləndiyini bildirib.
İranın xarici işlər naziri Prezident İlham Əliyevlə İran Prezidenti Seyid İbrahim Rəisinin Aşqabad görüşünə toxunaraq, bu görüşü ölkələr arasında əlaqələrdə dönüş nöqtəsi kimi dəyərləndirib.
Söhbət zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə ikitərəfli əməkdaşlığımızın gündəliyinin geniş olduğu bildirilib və yaxşı nəticələrin əldə ediləcəyinə ümidvarlıq ifadə olunub.
