|
Usman Dembele “Barselona” ilə müqaviləni uzadacaq

Usman Dembele “Barselona” ilə müqaviləni uzatmağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, vinger 2017-ci ildən şərəfini qoruduğu İspaniya klubunda qalmaq niyyətindədir.

Onun hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq. Klubla Dembele yeni anlaşmanın detallarını müzakirə etməlidir.

Qeyd edək ki, Usman La Liqanın cari mövsümündə 5 oyunda 2 qol vurub.