Polis əməkdaşları Qubada sahibsiz tüfənglər aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Cia.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində iki ədəd ov tüfəngi tapılaraq götürülüb.
Faktlarla bağlı RPŞ-də araşdırma aparılır.
