|
Gürcüstanda “Omikron”a 20-dən çox yoluxma təsdiqlənib

Gürcüstanda koronavirusun “Omikron” ştamına 24 yoluxma faktı qeydə alınıb.

Cia.az-in yerli bürosu xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.

Onun sözlərinə görə, bütün hallarda xətəlik yüngül formada keçir.

Qeyd edək ki, qonşu ölkədə COVID-19-un mutasiya etmiş növünə ilk 2 yoluxma halı dekabrın 20-də təsdiqlənib.