|
İrəvanda tarixi binanı qanunsuz satan eks-nazir axtarışa verildi

Ermənistanın keçmiş mədəniyyət naziri Asmik Poqosyan axtarışa verilib və o qiyabi həbs edilib.

 

Cia.az Ermənistanın İstintaq Komitəsinə istinadən xəbər verir ki, Xarici Ölkələrdəki Ermənilərlə Mədəni Əlaqələr Cəmiyyətinin idarə heyətinin üzvü Qor Davtyan, təşkilatın sədri və Ermənistanın İsraildəki eks-səfiri Armen Smbatyan və Asmik Poqosyan cinayətkar sxem həyata keçiriblər.

Bildirilir ki, Asmik Poqosyan Armen Smbatyanın köməyi ilə İrəvanda yerləşən tarixi binanı qanunsuz satıb.