|
Bu il neçə Azərbaycan vətəndaşı Ukraynada yaşamaq icazəsi alıb?

 

 

 

Bu ildə Ukraynada müvəqqəti və daimi yaşamaq izni alan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ukrayna Dövlət Miqrasiya Xidmətindən “Report”a bildirilib ki, bu il ərzində ümumilikdə 4 864 Azərbaycan vətəndaşına bu ölkədə yaşamaq izni verilib.

Bunlardan 3 530 nəfəri müvəqqəti yaşamaq, 1 334 nəfəri isə daimi yaşamaq izni alanlardır.