|
"Oğlumun bu hərəkətindən utanıram"

Hollivudun çinli aktyoru Ceki Can edam cəzasını dəstəklədiyini deyərək hər kəsi təəccübləndirib.
Cia.az-ın BBC-yə istinadən məlumatına görə, o, narkotik vasitələrin gənclərlə yanaşı, onların ailəsinə də ziyan verdiyini bildirib. Məşhur döyüş ustası "bəzi hallarda edam cəzasını dəstəkləyirəm" deyib.

Bir müddət əvvəl aktyorun oğlu Ceysi Can da narkotik maddələrdən istifadə etdiyi üçün 6 ay həbsxanada yatmışdı. Jurnalistlərin bu barədə sualına o, oğlunun bu hərəkətindən utandığını və onunla artıq daha çox maraqlandığını vurğulayıb.

Qeyd edək ki, keçən həftə İndoneziyada avstraliyalı 8 nəfər edam olunmuşdu. Birləşmiş Millətlər Təşkilatı isə İndoneziya hökumətini başqa ölkənin vətəndaşını ağır şəkildə cəzalandırdığı üçün tənqid etmişdi.

Cia.az