|
Bakıda maaşlar artıb

Bakı şəhəri üzrə muzdla çalışan şəxslərin orta aylıq nominal əməkhaqqıları açıqlanıb.

Cia.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, 2021-ci ilin yanvar-oktyabr aylarında işçilərin orta aylıq əməkhaqqı 937,5 manata bərabər olub. Bu, əvvəlki ilin müvafiq dövrünə nəzərən 1,2 faiz daha çoxdur.