Türkiyəli məşhur aktrisa Aslı Enver sevgilisi Sarp Baturdan ayrılıb.
Yaydan birlikdə olan cütlük ayrılıq qərarı alıb. Belə ki, Aslı Enverin ana olmaq arzusu onların münasibətinə son qoyub.
Aslı Enver 2012-ci ildə həmkarı Birkan Sokullu ilə evlənib, amma bu evlilik cəmi üç il davam edib.
Daha sonra müğənni Murat Bozla sevgili olan məşhur aktrisa Bozun da evliliyə razılaşmadığı üçün ondan ayrılıb.
Sarp Baturla münasibətində bir gələcək görməyən Aslı Enver ondan ayrılıb və bacısıyla Meksikaya istirahətə gedib.
Mənbə: Hürriyet
