|
Bağçalarda təhsil icbari olacaq?

 

 

“Bağçaların icbari təhsil olması yaxın gələcəkdə mümkün deyil”. 

Cia.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, bağçalar bir neçə problemi həll edir: 

“Birincisi, uşaqların təhsili, ikincisi, qadınların işləyə bilməsi üçün şəraitin yaradılmasıdır. Uzunmüddətli dövrdə bağçaların sayının artması hamının marağındadır. Lakin dayanıqlı modellə edilməlidir”.