|
İranın Yəməndəki səfiri koronavirusdan öldü

İranın Yəməndəki səfiri Həsən İrlu dünyasını dəyişib.

Cia.az xəbər verir ki, bu barədə məlumatı İran XİN-in rəsmi sözçüsü Səid Xətibzadə açıqlayıb.

Onun sözlərinə görə, səfir koronavirusdan vəfat edib.

Xətibzadə xatırladıb ki, səfir sağlamlığında yaranan problem səbəbindən İrana qayıtmalı olub. O bildirib ki, İraq daxil olmaqla bəzi ölkələr səfirin ölkəsinə geri qayıtmasına köməklik göstərib.