|
Ermənistanla sərhəddə saxlanılan iki Azərbaycan hərbçisi geri qaytarılıb

Ermənistanla sərhəddə dekabrın 18-də saxlanılan iki Azərbaycan hərbçisi geri qaytarılıb.

APA-nın əldə etdiyi məlumata görə, aparılan danışıqlar nəticəsində hərbçilərin bu gün qaytarılması mümkün olub.

Onlar hazırda Şuşa şəhərindədirlər. Hərbçilərimizin sağlıq durumunda heç bir problem yoxdur.