|
KTMT-nin Baş katibi Ermənistana gedir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Ermənistana səfər edəcək.

Cia.az xəbər verir ki, bu barədə məlumatı KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov açıqlayıb.

 
 

Zasın Ermənistana səfəri dekabrın 21-dən 23-nə qədər davam edəcək.

O, ölkəyə səfəri çərçivəsində Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Suren Papikyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla danışıqlar aparacaq.

Qeyd edək ki, KTMT-yə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.