|
Çilidə prezident seçkilərinin ikinci turu keçirilir

Bu gün Çilidə prezident seçkilərinin ikinci turu keçirilir.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb, saat 18:00-da bağlanacaq.
Prezident postu uğrunda “Ləyaqəti bəyənirəm” sol koalisiyasının namizədi Qabriel Boriç və sağ yönümlü Respublika Partiyasının namizədi Xose Antonio Kast mübarizə aparır.
Ölkədə səsvermə hüququna malik 14,5 mln insan var.