|
Pakistanlı nazir Ceyhun Bayramovla bağlı paylaşım etdi

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü barədə paylaşım edib.


 

Cia.az xəbər verir ki, Şah Mahmud Qureyşinin Tvitter səhifəsindəki paylaşımda deyilir:

“Sizi Pakistanda salamlamaqdan məmnunam, Ceyhun Bayramov. İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş 17-ci növbədənkənar iclasında uğurlu nəticələr üçün sizinlə işləməyi səbirsizliklə gözləyirəm".