|
Trampın həyat yoldaşı gözlərini NFT formatına

Donald Trampın həyat yoldaşı Melaniya Tramp məşhur tünd mavi gözlərini NFT formatına çevirərək satışa çıxarmağa hazırlaşır.

Donald Trampın həyat yoldaşı Melaniya Tramp məşhur tünd mavi gözlərini NFT formatına çevirərək satışa çıxarmağa hazırlaşır.

Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə keçmiş birinci xanım Ağ Evi tərk etdikdən sonrakı ilk təşəbbüsünü açıqlayarkən deyib.

Onun “Melania’s Vision” (Melaniyanın Görünüşü) adlanan ilk NFT-si fransız moda rəssamı Mark Antoine Koulon tərəfindən mavi gözlərinin sulu boya ilə çəkilmiş formatıdır. Görüntü Melaniya Trampın səs yazısı ilə müşayiət olunur.

NFT-nin ilin sonuna qədər hazır olacağı bildirilib. Həmçinin satışın bir hissəsi himayədar ailələrdə böyüyən uşaqlara kömək üçün istifadə olunacağı açıqlanıb.