|
Bu gün hamı Qarabağa axışdı

Azərbaycanın keçirəcəyi ilk Avropa Oyunlarının məşəli nəhayət Qarabağdadır. İlk Avropa Oyunlarının məşəlinin bu gün sonuncu dayanacağı Horadiz olub. Burada məşəlin təntənəli qəbul mərasimin sonunda alov festivalının keçirilməsi nəzərdə tutulub.
Azərbaycanın keçirəcəyi ilk Avropa Oyunlarının məşəli estafeti bu gün cəbhə xəttində yerləşən Füzuli rayonunun Horadiz şəhərinə gətirilib.
Belə ki, Horadiz şəhərində Bayraq meydanının önündən estafet start götürdü. Estafetdə 11 atletin iştirakı ilə məşəl 4 min metr məsafə qət edilərək şəhərin mərkəzi meydanında yerləşən Qəhrəmanlar parkının qarşısındakı, öncədən qurulmuş səhnəyə gətiriləcək. Daha sonra burada alov festivalı keçiriləcək.
Alov festivalından sonra konsert proqramının keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bu gün Horadiz şəhərində əsil bayram ab-havası höküm sürür. Yüzlərlə şəhər sakinin məşəli qarşılmaq üçün şəhərin küçələrinə axışıblar. 

Cia.az