|
Mariana Vasileva bu vəzifəyə seçildi

Bir müddət öncə gənclər və idman nazirinin müavini təyin edilən Mariana Vasileva yeni vəzifəyə seçilib.

Cia.az xəbər verir ki, o, bundan sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü kimi də fəaliyyət göstərəcək. 

Qeyd edək ki, iclasda həmçinin Prezident İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva və Ramil Hacı MOK-un İcrayyə Komitəsinin üzvü seçiliblər.