|
Seyran Ohanyan prokurorluğa çağırıldı

Ermənistanın keçmiş müdafiə naziri, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan prokurorluğa çağırılıb.

 

Cia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ohanyan özü bu faktı təsdiq edib.

Ohanyan ona qarşı başladılan cinayət işi çərçivəsində çağırıldığını və ilkin istintaq əməliyyatları davam etdiyindən detallar barədə məlumat verə bilmədiyini bildirib.