|
İranda 5 ballıq zəlzələ oldu

İranın qərb hissəsində 5 bal gücündə zəlzələ baş verib.

 

Cia.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin episentri Məscid - Süleyman şəhərindən 58 kilometr şimal-şərqdə yerləşib, ocağı isə 10 km dərinlikdə olub.

Dağıntı və xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.

Qeyd edək ki, sözügedən şəhərdə 111 min nəfər əhali yaşayır.