|
Norveç şirkətlərinin Qarabağdakı layihələrə cəlb edilməsi müzakirə olunub

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Norveç Krallığının Azərbaycandakı səfiri Erlinq Skyonsberqlə görüşüb.

Cia.az-ın məlumatına görə, nazir bu barədə “Twitter” hesabında yazıb.

O qeyd edib ki, görüşdə ticarət, investisiya və rəqəmsal iqtisadiyyat sahələrində ikitərəfli əməkdaşlığın inkişafı, işğaldan azad edilən ərazilərdə Norveç şirkətlərinin cəlb edilməsi məsələləri müzakirə olunub.