- Rusiya prezidenti Vladimir Putinlə Çin Xalq Partiyasının sədri Si Tsinpin arasında onlayn formada görüş keçirilib.
- Cia.az xəbər verir ki, liderlər ikitərəfli əlaqələri və beynəlxalq gündəmi müzakirə ediblər.
“Sizinlə birbaşa əlaqə saxlamaq imkanım olduğu üçün çox şadam. Bizim münasibətləri 21-ci əsrdə dövlətlərarası əməkdaşlığın real modeli hesab edirəm", - deyə Putin bildirib.
Si Tsinpin isə öz növbəsində Rusiya prezidentinə Moskva ilə Pekin arasında gərginlik yaratmaq cəhdlərinə müqavimət göstərdiyinə görə təşəkkür edib.
