|
Sabah hava necə olacaq?

Dekabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən CIA.AZ-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-8° isti, gündüz  9-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. 

Atmosfer təzyiqi  normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. 

Nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, 

bu da meteohəssas insanlar üçün əlverişlidir. 

 

Azərbaycanın rayonlarında  Əsasən  yağmursuz. Lakin axşama doğru  bəzi qərb rayonlarında az yağış yağacağı ehtimalı var. ayrı-ayrı yerlərdə arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz  9-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz  0-5° isti olacaq.