|
Milli Məclis dünya azərbaycanlılarına müraciət edəcək

Milli Məclis bu ay dünya azərbaycanlılarına müraciət edəcək.

 

Cia.az xəbər verir ki, müraciət 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə qəbul ediləcək.

 

Azərbaycan parlamentinin müraciəti payız sessiyasının bu il keçiriləcək sonuncu iclasında hazırlanacaq.