İsrailin Azərbaycandakı səfirliyi və Azərbaycanın təhlükəsizlik qüvvələri birgə təlim keçirib.
Cia.az xəbər verir ki, bu barədə məlumatı İsrail səfirliyi öz tviter hesabında paylaşıb.
“Səfirlik və Azərbaycanın təhlükəsizlik qüvvələri bu sahədə əməkdaşlığı daha da möhkəmləndirməyə yönələn birgə təlimlər həyata keçirib. Biz Azərbaycanın təhlükəsizlik qüvvələrinə göstərdikləri fədakarlıq və qətiyyətə görə təşəkkür edirik”, - deyə paylaşımda qeyd olunub.



