Ermənistan ordusunun hərbçisi 3 əsgər yoldaşını güllələməkdə şübhəli bilinərək həbs olunub.
Cia.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, insident zamanı əsgər Senik Arzumanyan ölüb və daha 2 hərbçinin yaralanıb.
Ermənistan İstintaq Komitəsi cinayəti törətməkdə təqsirli bilinən hərbi qulluqçunu həbs edərək ittiham irəli sürüb. İnsidentin detalları açıqlanmır.
