|
Nazir: "Özəlləşmədə özəl sektora geniş yol açılacaq"

Azərbaycan iqtisadiyyatının biznes üçün olan ekomühitə liberallaşdırılması, dövlətə məxsus olan bir çox sahələrdə və özəlləşmədə özəl sektora geniş yolun açılması nəzərdə tutulur.

Cia.az xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Gurcüstan-Türkiyə biznes forumunda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, dövlət-özəl sektoru əməkdaşlığını nəzərdə tutan layihənin icrası planlaşdırılır.

"İstehsal fəaliyyətinə, investisiya alətlərinə, turizm sahəsinə, həmçinin işğaldan azad edilən ərazilərə yeni vergi stimullarının verilməsi nəzərdə tutulur", - deyə M. Cabbarov qeyd edib.