Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. Spiker əvvəlcə parlamentin nümayəndə heyətinin Türkiyənin İstanbul şəhərinə səfəri barədə məlumat verdi. Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) 16-cı Konfransında iştirak etmək üçün İstanbul şəhərinə səfər edib.
Dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə mühüm toplantının keçirildiyini bildirdi. Qeyd etdi ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşündə Zəngəzur dəhlizinin türkiyəli həmkarı bir daha Azərbaycanı Vətən müharibəsində qazandığı zəfər münasibətilə təbrik edib. TBMM sədri Mustafa Şentopla ayrılıqda görüşündə isə türkiyəli həmkarı ilə Qarabağ zəfərindən sonra görülən işlər, Zəngəzur dəhlizinin açılması ilə bütün türk dövlətlərinə faydalı olacağı barədə danışılıb.
