|
Kərimin oğlu şikayətini geri götürdü

Meyxanaçı Ağakərimin (Kərim Novruzov) oğlu Kamil Novruzov şair Nazilə Səfərlidən polisə etdiyi şikayətini geri götürüb.

Bunu o,Cia.az-a açıqlamasında bildirib.

 

Novruzov, həmçinin atasının son vəziyyətini açıqlayıb: “Atamın vəziyyəti stabil olaraq qalır”.

Qeyd edək ki, K.Novruzovun N.Səfərlidən polisə şikayət etməsinə səbəb sonuncunun meyxanaçının oğlunu atası Ağakərimə psixatrop iynələr vurmaqda ittiham etməsi olmuşdu: “Psixatrop iynələri yazığın canına doldurursuz ki, ayılmasın, bağı 150 minə satdığınızdan xəbəri olmasın?”