Qusarda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Gül bayramı keçirilir. Rayon rəhbərliyi və ziyalılar Heydər Əliyevin rayondakı büstünü ziyarət ediblər. Ziyarətçilər büstün qarşısına gül qoyublar, Ulu öndərin ruhuna dualar oxunub.
Daha sonra Heydər Əliyev mərkəzində bayram konsertina başlanılıb. Şənlikdə tanınmış müğənnilər də iştirak ediblər.
Bundan başqa, rayonda Heydər Əliyevin şərəfinə güllərdən hazırlanmış eksponatların sərgisi keçirilir. Sərgidə Heydər Əliyevin eksponatları nümayiş olunur. Eyni zamanda, Avropa Oyunlarına həsr olunmuş eksponatlar da sərgilənir.
Qeyd edək ki, Gül bayramını qeyd etmək üçün yüzlərlə rayon sakini əraziyə axın ediblər.
Cia.az
