|
Türkiyədə sel bir nəfərin ölümünə səbəb olub

Türkiyənin Ədirnə vilayətinin Enez rayonda sel olub.

Cia.az-ın Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbərinə görə, gecə boyunca yağan fasiləsiz yağışlar selə səbəb olub.

 

Sel fəlakətindən evlərində çətin vəziyyətdə qalan 11 nəfər AFAD tərəfindən xilas edilib, itkin düşən 75 yaşlı kişinin isə axtarış zamanı cəsədi aşkarlanıb.