Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Cia.az-in Qərb Mərkəzinin məlumatına görə, Zeyvə kəndində qeydə alınıb.
Minik avtomobili 1979-cu il təvəllüdlü Pərviz Əjdər oğlu İbrahimovu vurub. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
