|
PA rəsmisi:

"Müasir beynəlxalq münasibətlər sistemində əslində bu, bir utanc gətirən prosesdir. Əslində, indiki dövrdə proseslər açıq və şəffaf olmalıdır."
Bunu Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı səslənən beynəlxalq tənqidlərə münasibət bildirərkən deyib.
"Trend"in məlumatına görə, o bildirib ki, demokratiya istiqamətində addımlar atan, regionda liderə çevrilmiş bir dövlətə qarşı bu cür kampaniyanın keçirilməsi onlara başucalığı gətirə bilməz: "Bunların hamısı boş şeylədir. Biz xalqa, özümüzə arxayınıq. Çünki xalq bu proseslərin mahiyyətini başa düşür. Onlar bu cür addımlarla nəsə əldə edə bilməyəcəklər. Düşünürəm ki, bu, dünyada geosiyasi maraqları həyata keçirmək üçün ifrat dərəcədə istifadə olunan atılan addımlardan biridir."
Onun sözlərinə görə, Azərbaycanın müstəqil xarici siyasət kursu var, bu kurs ilə bütün dövlətlərlə əməkdaşlıq edir. Azərbaycan bundan başqa variantlara gedən deyil.
Xatırladaq ki, Birinci Avropa Oyunları iyunun 12-dən 28-dək Bakıda keçiriləcək.

Cia.az