|
Ermənistanda polis başından güllə yarası aldı

İrəvanda başından güllələnmiş polisin meyiti aşkarlanıb. Cia.az bu barədə erməni mediasına istinadən xəbər verir.

Bildirilir ki, hadisə barədə yerli vaxtla saat 14.00 radələrində polisə məlumat daxil olub. Hadisə ölkə polisinin baş idarəsinin ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 40 yaşlı polis intihar edib.