Kimi Raykkonen son Formula 1 yarışını keçirib.
Əbu-Dabi Qran Prisi fin pilot üçün texniki səbəblərdən yarımçıq başa çatıb.
Raykkonen “Ferrari” ilə 2007-ci ildə dünya çempionu olub. Onun titulu hazırda adıçəkilən komandanın sonuncu uğurudur.
Kimi həmçinin iki dəfə vitse-çempion olub, üç dəfə çempionatı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, Kimi F1-də debütünü 2001-ci ildə edib. Abu Dabi Qran Prisi 42 yaşlı pilot üçün 350-ci olub.
