|
Yasamalda obyektin damından 34 yaşlı şəxsin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli obyektin damından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Cia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər 1987-ci il təvəllüdlü Quliyev Seymur Nəsib oğlunun meyitini aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.