|
HİV vaksini heyvanlar üzərində uğurla sınaqdan keçirilib

 

 ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) alimləri HİV-ə qarşı peyvəndin uğurlu sınağını həyata keçiriblər.

Bu barədə qurumun saytında məlumat verilir.

Preparat Qərbin koronavirusa qarşı peyvənd istehsalında istifadə edilən mRNA texnologiyasından istifadə etməklə hazırlanıb. Peyvənddən sonra 58-ci həftədə bütün peyvənd edilmiş heyvanlarda HİV infeksiyasının əksər ştammlarına qarşı anticisimlər yaranıb. Qeyd edilir ki, tətbiq olunan mRNT dozaları yüksək olsa da, peyvənd ancaq iştahsızlıq kimi yüngül müvəqqəti yan təsirlərə səbəb olub.