|
“Omicron” Türkiyəyə də çatdı

Türkiyədə altı nəfərdə “Omicron” ştamına yoluxma aşkarlanıb.

Cia.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca açıqlayıb.

 

O bildirib ki, bunlardan biri İstanbulda, beşi İzmirdə müəyyən olunub.

Nazir qeyd edib ki, yoluxan şəxslərin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb, onlar xəstəliyi yüngül keçirirlər.